ABŞ Putini G20 sammitinə dəvət etməyi planlaşdırır



ABŞ rəhbərliyinin Rusiya Prezidenti Vladimir Putini dekabr ayında Florida ştatının Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə dəvət etməyi planlaşdırdığı irəli sürülüb.

AFN.az xəbər verir ki, "Washington Post" qəzetinə anonimlik şərti ilə danışan ABŞ rəsmisi 14-15 dekabr tarixlərində Mayamidə təşkil edilməsi nəzərdə tutulan G20 Liderlər Sammitinə Putinin də dəvət edilməsinin gündəmdə olduğunu iddia edib.

Rəsmi şəxs hələlik rəsmi dəvətnamələrin göndərilmədiyini, lakin Rusiyanın G20 üzvü olduğunu və həm nazirlər səviyyəsindəki toplantılara, həm də liderlər sammitinə dəvət ediləcəyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə dünən Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada Putinə qarşı G20 dəvətindən xəbərdar olmadığını, lakin buna etiraz etməyəcəyini bildirib.

Putinin sammitdə iştirakının faydalı olacağını vurğulayan Tramp, hər kəslə danışmağın vacib olduğu qənaətində olduğunu ifadə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu