İndoneziyada qatar qəzasında ölənlərin sayı 16-ya çatdı


İndoneziyanın Qərbi Java əyalətinin Bekasi şəhərində iki qatarın toqquşması nəticəsində həlak olanların sayı son məlumatlara görə 16 nəfərə yüksəlib, 91 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

AFN.az "Antara" agentliyinə istinadən xəbər verir ki, hadisə aprelin 27-si gecə saatlarında Bekasi Timur stansiyasında baş verib.

Qəza zamanı uzaq məsafəli "Argo Bromo Anggrek" qatarı stansiyada dayanan şəhərətrafı elektrik qatarının sonuncu vaqonuna çırpılıb. Zərbə nəticəsində sərnişinlər vaqonlarda sıxılıb qalıb, bəziləri huşsuz vəziyyətdə xilas edilib. Hadisənin əsas səbəbi kimi elektrik qatarının keçiddə bir taksi ilə toqquşaraq relslərdə dayanması və ardınca sürətlə gələn digər qatarın ona çırpılması göstərilir.

İndoneziya Prezidenti hadisə ilə bağlı genişmiqyaslı təhqiqat başladılmasına dair göstəriş verib. Ölənlərin əksəriyyətinin zərbənin birbaşa endiyi qadınlar üçün nəzərdə tutulmuş vaqonda olan sərnişinlər olduğu bildirilir. Hazırda xəsarət alanların müalicəsi davam edir, dəmir yolu xəttində isə hərəkətin bərpası üçün sınaqlar keçirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu