Keniyada sel nəticəsində 10 nəfər ölüb



Keniyanın müxtəlif bölgələrində təsirli olan güclü yağışların yaratdığı sellər nəticəsində 10 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, ölkəni cənginə alan şiddətli yağışlar həmçinin torpaq sürüşmələrinə də səbəb olub.

Rəsmilər Kvale bölgəsindəki Mvena körpüsü və Kitui bölgəsindəki Nqomeni körpüsünə ciddi ziyan dəydiyini elan ediblər. Keniya polisinin verdiyi məlumata görə, həlak olanlardan 7-si Şərqi Keniya bölgəsinin payına düşür.

Meteorologiya idarəsi şiddətli yağışların davam edəcəyi barədə xəbərdarlıq edib, bölgədə axtarış-xilasetmə qruplarının fəaliyyəti isə davam etdirilir. Yerli əhaliyə riskli ərazilərdən uzaq durmaq tövsiyə olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu