ABŞ-da dəhşətli təyyarə qəzası: Turnirə gedən idmançılar öldü



ABŞ-ın Texas ştatında baş verən faciəvi təyyarə qəzası idman dünyasını sarsıdıb.

AFN.az xəbər verir ki, turnirdə iştirak etmək üçün yola çıxan "Amarillo Pickleball" klubunun üzvlərini daşıyan kiçik təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki 5 nəfərin hamısı həlak olub.

Böyük Britaniyanın "Metro" qəzetinin yaydığı məlumata görə, Ostinin cənub-qərbindəki Uimberli bölgəsində düşən təyyarə idmançıları Nyu-Braunfelsdəki "Cranky Pickle" obyektlərində keçiriləcək yarışa aparırdı. Ştat rəsmisi Billi Rey qəzadan sonra verdiai açıqlamada pilot və dörd sərnişinin hadisə yerində həyatını itirdiyini təsdiqləyib.

"Amarillo Pickleball" klubu da həlak olanların turnir üçün səfər edən komanda üzvləri olduğunu bildirib. Faciə nəticəsində Seren Vilson, Bruk Skypala, Steysi Hedrik, Qlenn Applinq və Heyden Dillard dünyasını dəyişiblər. Hadisə ilə əlaqədar turnir ləğv edilib.

Hazırda qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. Rəsmi qurumlar texniki nasazlıq və hava şəraiti ehtimallarını nəzərdən keçirirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu