NATO: ABŞ-ın qoşunlarını çəkmə qərarının təfərrüatlarını anlamaq üçün çalışırıq



NATO sözçüsü Allison Hart ABŞ-ın Almaniyada yerləşən təxminən 5 min hərbçisini geri çəkmə qərarının detallarını aydınlaşdırmaq üçün Vaşinqtonla birlikdə çalışdıqlarını bildirib.

AFN.az xəbər verir ki, NATO rəsmisi bu barədə sosial media hesabında paylaşım edib.

Qərarın Avropanın müdafiə siyasətinə təsirinə toxunan Hart "Bu addım Avropanın müdafiəyə daha çox investisiya qoymağa davam etməli olduğunun və ortaq təhlükəsizliyimiz üçün daha böyük məsuliyyət daşımasının vacibliyini vurğulayır" deyib.

Keçən il Haaqada keçirilən NATO sammitində müttəfiqlərin ümumi daxili məhsulun (ÜDM) 5 faizini müdafiəyə ayırmaq barədə razılığa gəldiklərini xatırladan sözçü bu sahədə artıq real irəliləyişlərin olduğunu bildirib. Daha güclü NATO və daha güclü Avropa hədəfinə doğru keçidin davam etdiyini vurğulayan Hart ittifaqın çəkindirmə və müdafiə imkanlarını təmin etmək potensialına tam güvəndiklərini əlavə edib.

Xatırladaq ki, ABŞ Müdafiə Nazirliyi Almaniyadakı təxminən 5 min amerikalı hərbçinin 6-12 ay ərzində ölkədən çıxarılacağını elan etmişdi. Bu qərarın transatlantik təhlükəsizlik arxitekturasında yeni bir mərhələnin başlanğıcı olacağı gözlənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu