NATO: Avropanın daha çox məsuliyyət daşıması ABŞ-ı alyansa daha sıx bağlayar



NATO-nun Baş katibi Mark Rutte Avropanın müdafiə sahəsində daha çox məsuliyyət üzərinə götürərək NATO-da liderlik rolu oynamasının ABŞ-ın alyansa daha sıx bağlanmasına səbəb olacağını qeyd edib.

Rutte 62-ci Münhen Təhlükəsizlik Konfransında mətbuata açıqlamalar verib. Fevralın 12-də Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında Avropanın müdafiə məsələlərində daha ciddi məsuliyyət daşımağa başladığını gördüyünü bildirən Rutte, bunun NATO-nu da gücləndirəcəyini ifadə edib.

Rutte vurğulayıb ki, Avropanın NATO-da liderlik rolunu üzərinə götürməsi ABŞ-ın alyans daxilindəki fəaliyyətini daha da möhkəmləndirəcək. Avropalıların uzun illər ABŞ-dan qat-qat az müdafiə xərcləri çəkməsinin narahatlıq doğurduğuna və bu mənada istiqamətin dəyişməsini məmnuniyyətlə qarşıladıqlarına diqqət çəkən Baş katib, ABŞ-ın NATO-ya sadiq qaldığını qeyd edib.

Ruttenin sözlərinə görə, bütün müttəfiqlər birlikdə hərəkət etmək barədə razı olsalar da, Avropanın daha çoxunu etməsi gərəkdiyinə inanırlar və ABŞ ilə bu istiqamətdə fəaliyyət göstərirlər.

Rusiya–Ukrayna müharibəsinə toxunan Rutte "O zənn edilən Rusiya ayısı əslində yoxdur, Rusiya ilbiz sürəti ilə hərəkət edir və çoxlu itki verir" deyib.

Baş katib ABŞ-ın rəhbərliyi ilə həyata keçirilən sülh prosesinin asan olmadığını və zaman alacağını bildirərək, Vaşinqtonun NATO müttəfiqləri ilə koordinasiyalı şəkildə irəlilədiyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu