Şəmkirdə piyadanı maşın vurub öldürdü


Şəmkirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kəndində qeydə alınıb.

Məlumata görə, Dəllər qəsəbə sakini Fərrux Şirinovu “VAZ 2106” markalı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, o, yolda keçinib.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma başlanılıb, qəzanın təfərrüatları öyrənilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu