ABŞ Almaniyaya "Tomahawk" raketlərini göndərməyəcək - SƏBƏB



ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Rusiyanın bunu bir gərginlik kimi qiymətləndirəcəyindən narahat olduğu üçün Almaniyaya "Tomahawk" raketləri göndərmək planını ləğv etməsinin gözlənildiyi iddia edilib.

AFN.az xəbər verir ki, "Politico" nəşrinin yaydığı məlumata görə, iki avropalı və bir amerikalı rəsmi Prezident Donald Tramp administrasiyasının Almaniyaya raket göndərmək planları ilə bağlı bəyanatlarla çıxış ediblər.

Rəsmilər ABŞ-nin Almaniyada raket yerləşdirmək cəhdlərini davam etdirəcəyi təqdirdə Rusiyanın cavab addımları atacağından ehtiyat etdiyini və bu səbəbdən Berlin rəhbərliyinə "Tomahawk" raketlərinin göndərilməsi planını ləğv edəcəyi barədə iddianı bölüşüblər.

Almaniya Baş naziri Fridrix Mers may ayının əvvəlində verdiyi bəyanatda ABŞ-nin Almaniyaya orta mənzilli "Tomahawk" qanadlı raketlərini çatdırmasının hazırkı mərhələdə real görünmədiyini bildirmişdi.

Keçmiş ABŞ Prezidenti Co Bayden iki il əvvəl keçirilən NATO sammitində Almaniyaya Soyuq müharibə dövründən bəri ilk dəfə olaraq Rusiyaya qədər çata bilən adi başlıqlı orta mənzilli silahların yerləşdiriləcəyinə dair söz vermişdi.

Atəş məsafəsi 2500 kilometrə qədər çatan "Tomahawk" qanadlı raketlərinin, SM-6 sistemlərinin və yeni hipersəs silahlarının bu il yerləşdirilməsi planlaşdırılırdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu