Lukaşenko: Ukraynaya "Tomahawk" raketlərinin verilməsi nüvə müharibəsinə səbəb ola bilər
Kiyevə ABŞ tərəfindən "Tomahawk" qanadlı raketlərinin mümkün tədarükü Ukraynadakı münaqişənin həllinə gətirib çıxarmayacaq.
AFN.az "BelTA" agentliyinə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Belarus-Amerika münasibətlərinin inkişafı və qlobal beynəlxalq vəziyyətlə bağlı keçirilən iclasda bildirib.
Onun sözlərinə görə, bu, vəziyyəti nüvə müharibəsinə qədər eskalasiya edə bilər.
“Heç bir "Tomahawk" bu məsələni həll edə bilməz. Bu, vəziyyəti nüvə müharibəsinə qədər gərginləşdirər. Bunu bəlkə də ən yaxşı başa düşən şəxs ABŞ Prezidenti Donald Trampdır. O isə bu ölümcül silahı verməyə tələsmir və Zelenskinin gözlədiyi kimi, Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə vermir”, — deyə Belarus lideri bildirib.

