Çində baş verən partlayışda 7 nəfər ölüb



Çinin cənubundakı Quanqsi Cuanq Muxtar Rayonunda baş verən partlayışda 7 nəfər həyatını itirib.

AFN.az xəbər verir ki, yerli polis idarəsinin yaydığı məlumata görə, Quilin şəhərinin Sinan rayonunda gecə saatlarında hələlik bilinməyən səbəbdən partlayış baş verib.

Hadisə nəticəsində 7 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə azmərtəbəli binaların yerləşdiyi küçədəki üçmərtəbəli tikilinin üst qatının partlayışın təsirindən alovlandığı və ətrafdakı binaların ön fasadlarına ciddi ziyan dəydiyi əks olunub.

Səlahiyyətli qurumlar partlayışın təbii qaz borusundan və ya bənzər bir amildən qaynaqlanmadığını bəyan ediblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu