Hindistan gəmi hücumunun ardından ABŞ-yə etiraz notası verdi



Hindistan ABŞ ordusunun 10 iyunda Umman sahillərində vurduğu Palau bayraqlı "MT Settebello" tankerində 3 hindistanlı dənizçinin həyatını itirməsindən sonra ABŞ-nin Yeni Dehlidəki müvəqqəti işlər vəkili Ceyson Miksi Xarici İşlər Nazirliyinə çağıraraq etiraz notası təqdim edib.

AFN.az xəbər verir ki, rəsmi mənbələrin verdiyi məlumata görə, Hindistan Xarici İşlər Nazirliyi bu həftə artıq ikinci dəfədir ki, ABŞ-li diplomatı çağıraraq Umman sahillərindəki gəmilərə təşkil edilən hücumlarla bağlı etirazını rəsmən çatdırır.

Yeni Dehli administrasiyası bu həftəki ilk etiraz notasını da ABŞ-nin Umman sularında digər bir kommersiya gəmisinə etdiyi hücumdan sonra vermişdi.

Sözügedən insidentə toxunan Hindistanın Limanlar, Gəmiçilik və Su Yolları naziri Sarbananda Sonoval daha əvvəl verdiyi bəyanatda ABŞ ordusunun hədəf aldığı və heyətinin tamamı Hindistan vətəndaşlarından ibarət olan 24 nəfərlik "MT Settebello" tankerində 3 dənizçinin həlak olduğunu təsdiqləmişdi.

"The Times of India" qəzetinin yaydığı xəbərdə isə Umman Hərbi Dəniz Qüvvələrinin Hindistanın Maskatdakı səfirliyi ilə sıx koordinasiyalı şəkildə fəaliyyət göstərərək tankerdə qalan digər 21 ekipaj üzvünü xilas etməyə nail olduğu bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu