ABŞ vitse-prezidenti: Danışıqlar bazar günü keçirilə bilər



ABŞ vitse-prezidenti Ceyms Devid Vens İranla görüşlər keçirmək üçün bir neçə gün ərzində İsveçrəyə səfər edə biləcəyini və danışıqların ən tez bazar günü baş tutacağını bildirib.

AFN.az xəbər verir ki, ABŞ vitse-prezidenti Vens "Fox News" telekanalına verdiyi açıqlamalarda İranla aparılan diplomatik proseslərlə bağlı mühüm mesajlar ötürüb.

Vitkoff və Kuşnerin İran danışıqları üçün artıq yerində olduğunu qeyd edən Vens görüşlərin bazar günü baş tuta biləcəyini və prosesin müsbət istiqamətdə irəlilədiyini söyləyib.

Yaxın bir neçə gün ərzində İsveçrəyə getməyi planlaşdırdığını ifadə edən Vens İran ilə danışıqlara şans verəcəklərini və atəşkəsin qorunub saxlanıla biləcəyinə əmin olduqlarını diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu