“Qarabağ” qapıçıları ilə yollarını ayırdı
“Qarabağ” qapıçılar Fabian Buntiç və Amin Ramazanovla yollarını ayırıb.
AFN.az xəbər verir ki, bu barədə Ağdam klubu rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
Bildirilib ki, xorvatiyalı qapıçı Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə klubla olan müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, xorvatiyalı çərçivə qoruyucusu 2024-cü ildə Portuqaliyanın “Vizela” klubundan “Qarabağ”a transfer olunmuşdu. Gənc qapıçı Amin Ramazanov isə 2022-ci ildən bəri Ağdam təmsilçisinin heyətində çıxış edirdi.

