Trampdan İrana xəbərdarlıq: Lazımi qaydada davranmasa, gərəkəni edəcəm



ABŞ Prezidenti Donald Tramp İran ilə aparılan prosesin müsbət istiqamətdə irəlilədiyinə diqqət çəkib.

AFN.az xəbər verir ki, Tramp əgər İran razılaşmanın şərtlərini yerinə yetirməzsə və ya lazımi qaydada davranmazsa, etməli olduğu addımı atacağını bildirib.

Ağ Evdəki Oval Ofisdə keçirilən imza mərasimində jurnalistlərin suallarını cavablandıran ABŞ rəhbəri İranın ABŞ qarşısında hər hansı bir rıçaqa sahib olub-olmaması ilə bağlı suala cavab verərkən, Tehran rəhbərliyinin ciddi itkilər verdiyini müdafiə edərək, onların donanmasının və hərbi hava qüvvələrinin sıradan çıxdığını, liderlərinin öldüyünü və iqtisadiyyatlarının çökdüyünü vurğulayıb.

İranın hərbi potensialının böyük ölçüdə yox edildiyini iddia edən Tramp ölkənin raket, pilotsuz uçuş aparatı və hava hücumundan müdafiə sistemlərinin də ağır zərbə aldığını irəli sürüb.

Hörmüz boğazının açıq saxlanılmasına işarə edən ABŞ Prezidenti iki mühüm nəticə əldə etdiklərini, bunlardan birincisinin boğazın açıq olması və açıq qalacağı, ikincisinin isə İranın heç vaxt nüvə silahına sahib ola bilməyəcəyi olduğunu qeyd edib.

ABŞ-nin regiondakı hərbi üstünlüyünü qabardan Tramp Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduqlarını və İranın öhdəliklərinə əməl etməyəcəyi təqdirdə lazım olanı edəcəyini təkrarlayıb.

İrana qarşı tətbiq edilən dəniz blokadasının hava hücumlarından daha effektiv olduğunu düşünən Tramp ehtiyac yaranacağı təqdirdə analoji addımın qısa müddətdə yenidən atıla biləcəyini söyləyib.

Onların ABŞ-yə hörmət etdiyi müddətcə problem yaşamayacaqlarını bildirən Tramp əks təqdirdə vəziyyətin dəyişə biləcəyini diqqətə çatdırıb.

Özünü problemləri çox sürətlə həll edən biri kimi xarakterizə edən Tramp İsrail Baş naziri Benyamin Netanyahunun İsrail ordusunun Livandakı mövcudluğunu davam etdirəcəyi barədə bəyanatının İranla əldə olunmuş atəşkəs və regional sabitlik səylərinə təsiri ilə bağlı suala da məhz bu cür cavab verib.

Netanyahunun bəyanatını birbaşa tənqid etməkdən yayınan Tramp Dövlət katibi Marko Rubionun apardığı diplomatiyanı tərifləyərək rəhbərlik etdiyi komandanın regiondakı problemləri həll etmək gücündə olduğunu vurğulayıb.

ABŞ Prezidenti həmçinin vitse-prezidenti Ceyms Devid Vensin İsveçrədəki fəaliyyətini yüksək qiymətləndirərək onun çox ağıllı bir insan olduğunu və möhtəşəm iş ortaya qoyduğunu deyib.

Demokrat Partiyasından olan bəzi siyasətçiləri tənqid edən Tramp Respublikaçılar administrasiyasının xarici siyasət və milli təhlükəsizlik məsələlərində daha güclü kadr potensialına malik olduğunu müdafiə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu