Tramp: MAGATE müfəttişləri uyğun zamanda İranda fəaliyyətə başlayacaq



ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAGATE) müfəttişlərinin zənginləşdirilmiş uranla bağlı prosesləri yoxlamaq üçün İrana gedəcəyini, lakin bu məsələnin hazırda təxirəsalınmaz olmadığını bildirib.

AFN.az xəbər verir ki, müxtəlif görüşlər keçirmək məqsədilə Pensilvaniya ştatına səfər edən ABŞ Prezidenti Tramp hava limanında media nümayəndələrinə gündəmdəki mövzularla bağlı bəyanatlar verib.

Tramp MAGATE müfəttişlərinin İrana səfəri ilə bağlı qeyri-müəyyənliyin olduğunu və bunun ABŞ-İran sazişinin bir hissəsi olub-olmadığını soruşan müxbirə cavabında yazılanların doğru olmadığını və yüz faiz yoxlamanın aparılacağını vurğulayıb.

ABŞ Prezidenti müfəttişlərin İrana gedəcəyini, lakin bunun üçün kifayət qədər vaxtın olduğunu qeyd edərək onların tələsmədən uyğun zamanda ərazidə olacaqlarını diqqətə çatdırıb.

ABŞ-İran razılaşmasının çox yaxşı bir saziş olduğunu müdafiə edən və bu sənəd sayəsində İranın nüvə silahına sahib ola bilməyəcəyini ifadə edən Tramp Tehranın da bu məsələdə həmfikir olduğunu qeyd edib.

ABŞ Prezidenti həmçinin İranın iqtisadi cəhətdən çətin vəziyyətdə olduğunu və əldə olunan razılaşma ilə iqtisadi baxımdan bir qədər rahatlamağa ehtiyac duyduğunu sözlərinə əlavə edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu