Ermənistan Konstitusiya Məhkəməsi seçki nəticələri ilə bağlı bəyanat yayıb



Ermənistan Konstitusiya Məhkəməsi bir neçə partiyanın simasında müxalifətin müraciətini rədd edərək, 7 iyun parlament seçkilərinin nəticələrini dəyişdirmədən qüvvədə saxlayıb.

AFN.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi iyulun 4-də keçirilən iclasda səsvermənin yekunlarının mübahisələndirilməsinə dair qəbul edilmiş qərara istinadən məlumat yayıb.

Jurnalistlər bildirir ki, Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi müxalif siyasi qüvvələrin ərizələrini rədd edib və bununla da Mərkəzi Seçki Komissiyasının Milli Assambleyaya seçkilərin nəticələri barədə qərarını dəyişdirmədən saxlayıb.

Müraciət iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan", iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyaları və səslərin bölüşdürülməsi nəticəsində 4 faizlik baryeri keçə bilməyən daha beş partiya tərəfindən daxil olub.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası isə bu prosesdə üçüncü tərəf kimi iştirak edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu