Moldova Konstitusiya Məhkəməsi Sandunun prezidentliyini təsdiqlədi


Moldova Konstitusiya Məhkəməsi (KM) respublikanın hazırkı rəhbəri Maya Sandunun ikinci müddətə yenidən seçildiyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.


Bu barədə Konstitusiya Məhkəməsinin sədri Domnika Manole iclasdan sonra məlumat verib.

“Moldova Respublikasında 2024-cü il noyabrın 3-də keçirilmiş prezident seçkilərinin nəticələri təsdiq edilib, Maya Sandunun Moldova Respublikasının prezidenti seçilməsi təsdiqlənib. Bu qərardan şikayət verilə bilməz və qüvvəyə minir. Qəbul edildiyi gündən qüvvəyə minir" - deyə qurumun açıqlamasında bildirilir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərin ikinci turunda Sandu müxalifətin namizədi Aleksandr Stoyanoqlonu qabaqlayaraq 55,33% səs toplayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu