Ruttedən NATO-nun Brüsseldəki qərargahından Ankara Sammitinə mesaj



NATO Baş katibi Mark Rutte Ankara Sammiti öncəsi Brüsseldəki qərargahda verdiyi son mesajında sammitin nəticələrə hədəflənəcəyini, yeni 5 faizlik hədəfə çatmaq üçün etibarlı xərc planlarını, müdafiə istehsalını artırmağı və Ukraynaya dəstəyi davam etdirməyi müzakirə edəcəklərini bildirib.

AFN.az xəbər verir ki, NATO tərəfindən "X" platforması vasitəsilə Ruttenin Ankara sammiti ilə bağlı videomüraciəti paylaşılıb.

Brüsseldə yerləşən qərargahdakı ofisində görüntülənən Rutte "Tam vaxtında gəldiniz, çünki mən yola düşmək üzrə idim. Bu binadakı bir çox insan Ankaraya gedir" deyib.

Rutte iki gün davam edəcək NATO Ankara Sammitinin böyük ölçüdə nəticələrə yönələcəyini söyləyib.

Baş katib bunları qeyd edib: "Keçən il Haaqada çox iş gördük, lakin indi orada verilən vədləri yerinə yetirməliyik. Bu isə xərclər deməkdir. Bütün ölkələrin 5 faizlik hədəfə çatmaq yolunda olduğundan əmin olmaq üçün etibarlı xərc planlarını müzakirə etməli olacağıq".

Müdafiə sənayesinin daha çox istehsal həyata keçirməsi barədə yaxşı irəliləyişlərin olduğuna diqqət çəkən Rutte Ukrayna mövzusunda da "Ukraynanın mübarizədə mümkün qədər güclü qalması və əlbəttə ki, sülh danışıqları başlayanda mümkün olan ən yaxşı mövqedə olması üçün ehtiyac duyduğu hər şeyə sahib olduğundan əmin olmaq lazımdır" qiymətləndirməsini aparıb.

Rutte "Mən də indi yola düşürəm və Ankarada görüşənədək" ifadəsini işlədib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu