Starmer Rutte ilə görüşüb
Böyük Britaniyanın Baş naziri Keyr Starmer ilə NATO-nun Baş katibi Mark Rutte paytaxt Londonda keçirdikləri görüşdə 7-8 iyul tarixlərində Ankarada təşkil olunacaq NATO Sammiti, Ukrayna və Hörmüz boğazı məsələlərini müzakirə ediblər.
AFN.az xəbər verir ki, Böyük Britaniya baş nazirliyinin 10 nömrəli ofisindən verilən açıqlamaya görə, Starmer və Rutte Londondakı görüşə Britaniya hökumətinin dərc edəcəyi "Müdafiə İnvestisiya Planı"nı nəzərdən keçirməklə başlayıblar.
Baş nazir Starmer bu planın hazırlıq və avtonom imkanlara diqqət yetirməklə yanaşı, Böyük Britaniya və NATO müttəfiqlərinin təhlükəsizliyini qorumaq üçün Britaniya qüvvələrinin ehtiyac duyduğu avadanlıqlarla təmin olunmasını reallaşdıracağını bildirib.
Daha sonra liderlər Fransadakı G7 Sammiti, Almaniyadakı E5 görüşü və Ruttenin ABŞ-a səfəri də daxil olmaqla, son dövrlərdə həyata keçirdikləri diplomatik danışıqları qiymətləndiriblər.
Ukraynaya göstərilən güclü beynəlxalq dəstəyə toxunan hər iki lider Ankarada keçiriləcək NATO Sammitinin nəticələri ilə bağlı gözləntilərini ifadə ediblər.
Liderlər Ukraynanın Avropanın ən güclü silahlı qüvvələrinə sahib olması ilə uzun müddət ərzində Avropa təhlükəsizliyinin əsas tərkib hissəsi olacağı barədə həmrəy olduqlarını vurğulayıblar.
Starmer və Rutte Hörmüz boğazı məsələsinə gəlincə isə qlobal dəniz daşımalarının təhlükəsiz keçidinin təmin edilməsinin vacibliyini müzakirə ediblər.
Bundan əlavə, Baş nazir Starmer şərait imkan verdiyi təqdirdə çoxmillətli missiyanı dəstəkləmək məqsədilə regiondakı Britaniya hərbi qüvvələrinə dair son məlumatları qarşı tərəfin diqqətinə çatdırıb.
