Cənubi Sudanda 650 mindən çox qaçqın ərzaq yardımından məhrum ola bilər


Cənubi Sudanda maliyyə çatışmazlığı səbəbindən 650 mindən çox qaçqın və sığınacaq axtaran şəxs ərzaq yardımını itirmək təhlükəsi ilə üz-üzədir.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) və Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) birgə məlumat yayıb.

Bildirilir ki, sentyabr ayında yalnız 240 min ən həssas qaçqına sonuncu dəfə yarımçıq ərzaq paketi paylanacaq. ÜƏP-nin Cənubi Sudandakı əməliyyatları üçün 37 milyon dollar çatışmır, BMT QAK isə 2026-cı il üçün tələb olunan 286 milyon dolların cəmi 28%-ni toplaya bilib.

Nəticədə qaçqın ailələri qida qəbulunu azaltmağa, əmlaklarını satmağa və təhsil ilə səhiyyə xərclərini ixtisar etməyə məcbur olurlar. Ekspertlər xəbərdarlıq edirlər ki, yardımın kəsilməsi mütləq aclıq riskini, qadın və uşaqların istismarını və yeni köç dalğalarını artıracaq.

Qeyd edək ki, Cənubi Sudan əhalisinin yarısından çoxu — 7,8 milyondan artıq insan qida qıtlığı yaşayır, 2,2 milyon uşaq isə kəskin qida çatışmazlığından əziyyət çəkir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu