Sudanda hər 5 nəfərdən biri kəskin qida çatışmazlığı ilə üzləşir


Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus vətəndaş müharibəsinin davam etdiyi Sudanda hər 5 nəfərdən birinin kəskin qida çatışmazlığı yaşadığını açıqlayıb.



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus X sosial media platformasında 2023-cü ilin aprelindən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında davam edən qarşıdurmalar səbəbindən ölkədəki ərzaq böhranı ilə bağlı paylaşım edib.

Müharibənin Sudanda hər 5 nəfərdən 1-ni kəskin qida çatışmazlığı ilə qarşı-qarşıya qoyduğunu bildirib.

BMT-nin məlumatına görə, dünyanın ən böyük köçkünlük və aclıq böhranının yaşandığı Sudanda münaqişələr nəticəsində 16 mindən çox insan həyatını itirib, 10 milyona yaxın insan didərgin düşüb və 25 milyondan çox insan humanitar yardıma ehtiyac duyur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu