Sudanda 10 milyondan çox insan köçkün düşüb


Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) vətəndaş müharibəsinin davam etdiyi Sudanda məcburi köçkünlərin sayının 10 milyonu keçdiyini bildirib.


BMqT-nin sözçüsü Mohammedali Abunajela Sudandakı köçkünlük böhranı ilə bağlı açıqlama verib.

O, bildirib ki, 2 milyondan çox sudanlı xaricə, əsasən də qonşu Çad, Cənubi Sudan və Misirə gedib.

Sudanda Ömər əl-Bəşirin 30 illik hakimiyyətinin xalq üsyanı ilə devrilməsindən sonra mülki şəxslərin iştirakı ilə qurulan hökumətə qarşı birgə çevriliş edən ordu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında hakimiyyət mübarizəsi başlayıb və bir ildən çoxdur davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu