"Atletiko Madrid" Kristian Romeronu transfer etdi



İspaniya La Liqa təmsilçisi "Atletiko Madrid" "Tottenhem"də çıxış edən argentinalı milli futbolçu Kristian Romeronu heyətinə qatıb.

AFN.az xəbər verir ki, İspaniya La Liqa klubu "Atletiko Madrid" son olaraq İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem"də forma geyinən müdafiəçi Kristian Romeronu transfer edib.

"Atletiko Madrid" klubunun açıqlamasında Argentina millisinin futbolçusu Kristian Romero ilə 2031-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

"Tottenhem" ilə bütün turnirlərdə ümumilikdə 156 matça çıxan Romero 13 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə klubunda çıxış etdiyi müddətdə 6 dəfə qırmızı vərəqə alıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu