FIFA Dünya Kuboku finalından sonra futbolçulara ağır cəzalar verdi
FIFA İspaniya ilə Argentina arasında keçirilən 2026 Dünya Kuboku final matçından sonra baş verən hadisələrlə bağlı cəzaları açıqlayıb.
AFN.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Leandro Paredes 10, Nahuel Molina isə 7 matçlıq cəzaya məruz qalıb.
FIFA İntizam Komitəsi final qarşılaşmasından sonra meydanda baş verən qarşıdurmaya görə argentinalı futbolçulardan Leandro Paredesi 10 matçlıq diskvalifikasiya və 90 min dollar, Nahuel Molinanı isə 7 matçlıq diskvalifikasiya və 90 min dollar məbləğində cərimə ilə cəzalandırıb.
Komitə argentinalı Tiaqo Almada və ispaniyalı yarımmüdafiəçi Qaviyə hərəsinə 1 matçlıq diskvalifikasiya və 30 min dollar cərimə verib. Argentina Milli Komandasının məşqçilər heyətindən Roberto Ayala isə 3 matçlıq diskvalifikasiya və 30 min dollar cəriməyə məruz qalıb.
Komitə Argentina Milli Komandasının evdə keçirəcəyi iki matçda tamaşaçı tutumunun 50 faiz azaldılmasına qərar verib və bu cəzanın bir matçlıq hissəsini təxirə salıb.
Komitə idmandan kənar nümayişlər, komanda intizamsızlığı və azarkeşlərin ayrı-seçkilik xarakterli şüarları səbəbindən Argentina Futbol Federasiyasına (AFA) 321 min dollar məbləğində cərimə tətbiq edib.
Açıqlamada cərimənin 100 min dollarlıq hissəsinin ayrı-seçkiliklə mübarizə planına ayrılacağı, digər 100 min dolların isə təxirə salındığı qeyd olunub.

