Voleybol millimiz yenə qələbə qazandı


Azərbaycanın voleybol millisi Avropa çempionatında növbəti qələbəsini qazanıb.

AFN.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda C qrupunun II turunda İspaniya seçməsi ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasındakı qarşılaşma Azərbaycan yığmasının qələbəsi ilə bitib - 3:0 (25:16, 25:22, 25:14).

Xatırladaq ki, Azərbaycan millisi I turda Portuqaliyaya eyni hesabla qalib gəlib. Komanda hazırda 6 xalla C qrupunun lideridir. Bu qrupun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu