Çempionlar Liqasının püşkatmasında yeni qayda tətbiq olunacaq
UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatmasında yeni qayda tətbiq edəcək.
AFN.az "Qol.az"a istinadən xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, UEFA eyni qarşılaşmanın ardıcıl üç mövsüm eyni stadionda keçirilməsinin qarşısını almaq üçün dəyişiklik edib.
Bu səbəbdən "Liverpul" və "Real"ın bu mövsüm Anfilddə qarşılaşması mümkün olmayacaq.
Madrid təmsilçisi son iki mövsümdə Çempionlar Liqası çərçivəsində ardıcıl olaraq "Liverpul"un qonağı olub. İngiltərə klubu həmin görüşlərdə müvafiq olaraq 2:0 və 1:0 hesablı qələbə qazanıb.
Yeni qaydaya əsasən, eyni komandanın üçüncü dəfə ardıcıl olaraq eyni stadionda qarşılaşmasının qarşısı alınacaq.
Bununla yanaşı, "Liverpul" və "Real"ın bu mövsüm Santyaqo Bernabeuda üz-üzə gəlməsi mümkündür.
Qeyd edək ki, bu qayda yalnız Çempionlar Liqasının əsas mərhələsinə şamil olunur və pley-off qarşılaşmalarına aid edilmir.

