“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
Türkiyənin “Trabzonspor” klubunda baş məşqçi Fatih Tekke dönəmi başa çatıb.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, klubun vitse-prezidenti Serkan Kılıç ilə Fatih Tekke arasında keçirilən görüşdən sonra tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoymaq qərarına gəliblər. Bu barədə klubun sosial media hesablarında məlumat yayıb.
Qeyd edək ki, Fatih Tekke bundan əvvəl UEFA Avropa Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a 4:0 hesabı ilə məğlub olduqları cavab oyunundan sonra istefa verdiyini açıqlamışdı. Lakin həmin vaxt “Trabzonspor” rəhbərliyi çalışdırıcının istefasını qəbul etməmiş və onun vəzifəsində qalmasına qərar vermişdi. Daha sonra Super Liqada “Amedspor”a 2:1 hesabı ilə uduzulan qarşılaşmanın ardından Tekke ilə bağlı məsələ yenidən gündəmə gəlib və bu dəfə ayrılıq rəsmiləşib.



