Ermənistan şirkəti ABŞ sanksiyalarına tuş gəldi
ABŞ hakimiyyəti İran üzrə sanksiya siyahısını genişləndirib.
Virtualaz.org “Gazeta.ru”ya istinadən xəbər verir ki, sanksiyalar İslam İnqilabı Keşikçiləri Korpusu, yaxud daha öncə barəsində məhdudiyyətlər tətbiq olunmuş “Mahan Air” aviaşirkəti ilə əlaqəli şirkətlərə qarşı tətbiq edilib.
Sanksiyalar altına Ermənistanın “Flight Travel” şirkəti, həmçinin İranın “Qeshm Fars Air” şirkəti və ona məxsus iki “Boeing 747” təyyarəsi düşüb.