"İrşad Electronics" jurnalistin ittihamlarına cavab verdi- FOTOLAR




"İrşad Electronics" mağazalar şəbəkəsi haqqında yayılan iddialara münasibət bildirib.

AFN-in redaksiyasına göndərilən açıqlamada bildirilir ki, şəbəkə artıq 20 ildir fəaliyyət göstərir və bu müddət ərzində öz keyfiyyəti və xidməti ilə xüsusi etibar qazanıb, bir çox sosial layihələrin təşkilində iştirak edib: "20 illik təcrübəyə, etibara malik şirkətin dələduzluq etməyə və bununla hansısa xeyir güdməyə qəti ehtiyacı yoxdur. Bu halda biz bir müxbirin telefonunu özünün zədələdiyini ona sübut etdikləri üçün onun öz xidməti vəzifəsindən sui-istifadə edərək bunu saytlarda "dələduzluq" adlandırmağa çalışdığının şahidi oluruq. Eyni zamanda "İrşad Electronics" şirkəti telefonun qəbulu zamanı onun hansı vəziyyətdə olması haqqında foto dəlillərə və bağlanılan akta sahibdir. Bu aktı fayl şəklində sizlərə çatdırırıq".












AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu