Kəmaləddin Heydərovun kreslosu müzakirəyə çıxarıldı: "Prezident sadə stulda oturub..."-FOTO




Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı keçirdiyi müşavirədə çəkilən fotosu müzakirəyə səbəb olub. AFN xəbər verir ki, nazirin oturduğu kreslonun dəbdəbəli olması diqqətli vətəndaşların gözündən yayınmayıb.

Belə ki, jurnalist Səbuhi Abbasov sosial şəbəkədəki hesabından paylaşım edərək eyni hadisə ilə bağlı prezident İlham Əliyevin rəhbərlik etdiyi müşavirədən çəkilən foto ilə K.Heydərovun keçirdiyi müşavirədə çəkilən fotosunu müqayisə edib. "Kəmaləddin müəllim elə bil gəmidə üzür. Prezident təkcə danışmır, təəssüf ki, həm də əyani olaraq göstərmək məcburiyyətində qalıb. Yuxarıdakı foo prezidentin "Diqlas"la bağlı son müşavirəsində çəkilib, sadə stulda oturub, elə iştirakçılar da. Aşağıdakı foto isə Kəmaləddin Heydərovun "Diqlas"la bağlı müşavirəsindən çəkilib. Bu, kreslo deyil, AVM-lərdə gördüyümüz masaj aparatıdır. Mən hər zaman insanların ilahiləşdirilməsinin əleyhinə olmuşam. Bir insan ən yaxşı halda 5 il bir postu tutmalıdır. Dövlətçilik ənənələri həm də periodik kadr islahatları ilə formalaşır, möhkəmlənir və təkmilləşir. Kəmaləddin müəllimin elə 3-4 villası ancaq pul anbarı kimi funksiyalaşdırılıb. Bundan o tərəfə yığmaq mümkün də deyil. Elə 4-5 nazirin evindən çıxan pula Qarabağı bir xarici vətəndaşın əli ilə satın ala bilərik" - deyə jurnalist bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu