Ümit Karan həbs edildi
Türkiyə millisinin və “Qalatasaray”ın keçmiş futbolçusu Ümit Karan həbs edilib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb isə onun İ.A adlı xanıma təcavüz etməsidir.
2015-ci ildə baş verən hadisədən sonra Ümit Karandan şikayət edilmiş və 5 il həbs cəzası istənilmişdi. Lakin dəlil çatışmazlığı səbəbindən azadlığa buraxılmışdı. Yerli məhkəmə onu məhkəmə zalından azad etmişdi.
Lakin yenidən Ümit Karan haqqında həbs qərarı verilib. İstanbul Bölgə Ədliyyə Məhkəməsi onun həbs edilməsini istəyib.
Öncəki məhkəmənin qərarını ləğv edən ədliyyə məhkəməsi Ümit Karana 1,8 illik həbs cəzası verdi.