Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması necə həyata keçirilir?




Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyətlərdən biri də Daşınmaz əmlakın sxematik bölgüsünün aparılmasıdır. Bu xidmət hüquq sahibinin müraciəti əsasında daşınmaz əmlakın sxematik bölgüsünün aparılmasını əhatə edir.



İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır. Daha sonra aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Xidmətin səlahiyyətinə aid edilməyən müraciətlər aidiyyəti quruma göndərilir.

Xidmətin səlahiyyətinə aid edilən müraciətlər üzrə xidmətin göstərilməsindən imtina halları və ya göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra ərazi idarəsinin mühəndis-inventarlaşdırıcısı tərəfindən arxivdə yoxlama, sahə işi həyata keçirilərək tərəflərin iştirakı ilə daşınmaz əmlakın sxematik bölgüsü aparılır və hazırlanmış sxematik bölgü poçt vasitəsilə və ya birbaşa istifadəçiyə təqdim edilir.

Daşınmaz əmlakın sxematik bölgüsünün aparılması ilə bağlı müraciət edən şəxslərdən xidmət haqqının ödənilməsi barədə sənəd, şəxsiyyəti təsdiq edən sənəd, əmlaka dair hüquqmüəyyənedici sənədlər, ərizə, ərizənin verilməsinə hüququ olan şəxsin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə tələb olunur.

Qeyd edilməlidir ki, xidmət 10 iş günü ərzində yerinə yetirilir. Dövlət rüsumu yoxdur, xidmət haqqı isə Tarif Şurasının qərarı əsasında nəzərdə tutulmuş məbləğdə ödənilir. Xidmətdən istifadə etmək istəyən şəxslər aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə, həmçinin Əmlak Xidmətləri Məkanına həftənin 1-5-ci günləri saat 09:00-dan - 19:00-a kimi, şənbə və bazar günləri isə, saat 10:00-dan 17:00-a kimi müraciət edə bilərlə



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu