Suraxanıda inanılmaz sığorta əhvalatı: Polis nədən elə yazıb?...




"Sığorta şirkətinin "Forma 4” üçün müraciətinə onların ərazisində belə bir hadisənin olmadığını bildirən rəsmi məktubla cavab verilib”.



AFN "EkoNews"a istinadən xəbər verir ki, bu sözləri bu gün redaksiyamıza şikayət edən Bakı şəhər sakini Faiq Rüstəmli deyib.

O, Suraxanı rayonunda şəxsi avtomobilinin qəzaya düşməsindən sonra işinə düzgün baxılmayaraq hələ də sığorta haqqının ödənilmədiyi ilə bağlı şikayət edib.

Şikayətçi bildirib ki, 11 oktyabr 2019-cu ildə ona məxsus, ancaq qardaşının etibarnamə ilə idarə etdiyi "Daewoo Nexia” markalı avtomobil və "Karsan” markalı avtomobili arasında yol-nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra hadisə yerinə Suraxanı Rayon Dövlət Yol Polis idarəsindən inspektor və günah qarşı tərəfdə olduğu üçün həmin avtomoli sığorta edən dövlət sığorta şirkətindən nümayəndə gəlib.

Şikayətçi qeyd edib ki, hadisəyə baxış keçirilərək araşdırılıb, fotolar çəkilib. Daha sonra polis nümayəndəsi hər iki tərəfin sənədini götürərək gedib və sənədləri sabah gələrək idarədən götürməli olduqlarını bildirib. Ona sığorta haqqı ödənənə qədər maşını qəzalı vəziyyətdə idarə edə bilməsi üçün arayış verilib.

"Sənədləri ordan götürərkən isə əlavə sənədlər verərək, onu Suraxanı Rayon Polis İdarəsinə aparmalı olduğumu bildirdilər”.

Mən sənədləri Suraxanı Rayon Polis İdarəsinin dəftərxanasına təqdim edərkən ordan mənə 10 iş günü ərzində "Forma 4" hazırlanaraq sığorta şirkətinə göndərəcəklərini dedilər.

Şikayətçi daha sonra bildirib ki, 1 ay gözlədikdən sonra Polis İdarəsinin dəftərxanasına yenidən müraciət edib və ordan ona "Forma 4”-ün sığorta şirkətinə göndərildiyini bildiriblər. Ancaq daha sonra məlum olub ki, onlar sığorta şirkətinin müraciətinə rəsmi olaraq rayon ərazisində belə bir hadisənin olmadığını bildirən məktubla cavab verib.

Qeyd edək ki, şikayətçi redaksiyamıza hadisə ilə bağlı sənəd və qəzalı maşının şəkillərini göndərib. Həmin fotoları təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu