Milli Məclisin sonuncu plenar iclası bir azdan başlayacaq




Bu gün Milli Məclisin (MM) son plenar iclası keçiriləcək.



"Report" xəbər verir ki, iclasın gündəliyinə 15 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər bunlardır:

1. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

2. "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli qanunlarınin ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

3. Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

6. Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

7. "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında Memorandum

8. "Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

9. "Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

10. "Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

11. "Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə" Azərbaycan Respublikası qanununun layihəsi haqqında

12. "2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

13. "Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

14. "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu