İnsan alverina qarşı əhalinin maarifləndiriməsi – Sumqayıtda yeni layihə + FOTOLAR
Dünən “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım” İctimai Birliyinin həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın bölgələrdə insan alverinə qarşı əhalinin maarifləndirilməsi, insan alverinin qurbanları və potensial qurbanlara sosial xidmətlərin təşkili” layihəsi çərçivəsində Sumqayıt şəhərində “İnsan alveri qurbanları və potensial qurbanlara göstərilən xidmətlər zamanı psixoloji askpektlər” adlı təlim keçirilib.
AFN xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin dəstəyilə keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd insan alveri və potensial qurbanlar üçün göstərilən yardımlar zamanı mütəxəssislər üçün nəzərə alınmalı olan psixoloji amillərdir.
Təlimdə ekspert qismində tanınmış təlimçi psixoloq Fərqanə Mehmanqızı, psixoloqlar, hüquqşunaslar, QHT nümayəndələri, icitimai aktiv şəxslər iştirak edib.
Təlimin sonunda müvafiq materiallar təlimin yekununda təşkil olunmuş qiymətləndirməyə əsasən müəyyən edilib ki, iştrakçıların hamsı təlimin təşkilini, təlimçinin bu sahədə bilik və bacarıqlarını yüksək qiymətləndirib.