Bu gecə bir çox ölkədə kabus yaşandı - VİDEO




Son günlər dünyanın bir çox ölkələrində güclü zəlzələlər baş verir.

BAKU.WS xəbər verir ki, ötən gecə də Türkiyə ilə yanaşı Albaniya, Kuba və İraqda yeraltı təkanlar olub.

Kubada baş verən zəlzələ 7,7 bal gücündə olub.

Ölkədə sunami təhlükəsi olduğu bildirilir. Dağıntı və insan tələfatı barədə məlumat verilməyib.

Albaniyanın paytaxtı Tiranada isə 5,5 bal gücündə zəlzələ olub.
Yeraltı təkanlar nəticəsində fəsadlar barədə informasiya yayılmayıb.

İran-İraq sərhədində də yeraltı təkanlar qeydə alınıb. Burada zəlzələnin gücü 5 bal olub.

Ötən gecə Türkiyənin müxtəlif ərazilərində də yeraltı təkanlar qeydə alınıb.

Yeraltı təkanlar Muğla və Manisada olub. Yeraltı təkanlar 5,4 və 4,6 bal gücündə qeydə alınıb. Sonradan isə bir neçə afterşoklar olub.

Zəlzələnin qorxusundan insanlar küçələrdə gecələyiblər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Elazığda baş verən zəlzələ nəticəsində 41 nəfər ölüb, 2 mindən çox insan yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu