Filippində zəlzələ təlatümü: bir gündə üçüncü silkələnmə


Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatına görə, bu gün Filippində 6,6 bal gücündə zəlzələ baş verib.


Zəlzələnin ocağı 63 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Butuan şəhərindən 148 km şərqdə və Bisliq şəhərindən 59 km şimal-şərqdə hiss olunub.

EMSC-nin məlumatına görə, bir neçə saat əvvəl həmin ərazidə 4,6 bal gücündə yeraltı təkanlar baş verib.

Xatırladaq ki, dünən Filippinin Mindanao adasında 7,6 bal gücündə zəlzələ baş vermiş, nəticədə azı 1 nəfər həlak olmuşdu.

Filippin və Yaponiya sunami gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu