ABŞ-da koronavirusdan ölən türklərin cənazaləri Türkiyəyə gətirilir
ABŞ-da koronavirus səbəbindən dünyasını dəyişən Türkiyə vətəndaşlarının cənazələri vətənə yük təyyarəsi ilə göndəriləcək.
Bu barədə “Report”a Türkiyənin Nyu-York şəhərindəki Baş Konsulluğundan məlumat veriləcək.
Bildirilib ki, onların nəşi yalnız Nyu-York Aeroportundan “Turkish Cargo”nun təyyarələri ilə daşınacaq.
Qeyd edək ki, Türkiyənin 50-yə yaxın vətəndaşının koronavirus infeksiyasınınnın ən çox yayıldığı Nyu-York şəhərində öldüyü bildirilir. Onların arasında 25-30 yaşlarında gənclər də var.