Ekvadorda evlərdən 800-ə yaxın meyit taplıb




Cənubi Amerika ölkəsi Ekvadorda pandemiyanın ocağı Quayakildə səhiyyə sisteminin çökməsi və dəfn mərasimlərinin təşkili xidməti verilmədiyinə görə humanitar fəlakət yaşanır.

“Report” AFP-yə istinadən xəbər verir ki, şəhərdəki evlərdən 700-dən çox meyit tapılıb.

Bildirilib ki, evlərdən toplanan meyitlərdən neçəsinin COVID-19 qurbanı olduğu məlum deyil.

Məlumata görə, 3 milyona yaxın əhalisi olan Quayakildə ölüləri zibil paketinə və ya karton tabutlara qoyub ailələrə təhvil verirlər. Bundan başqa, bəzi vətəndaşlar yiyəsiz meyitləri küçələrdəcə yandırır.

Qeyd edək ki, Ekvadorda koronavirusdan ölənlərin sayı 333 nəfərdir. Ölkədə indiyədək 7 466 nəfərdə koronavirus qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 858 000-i ötüb. Bunların 429 020 nəfəri sağalıb, 114 698 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu