Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb




Ermənistanda koronavirusdan ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, Ermənistanın Baş Naziri Nikol Paşinyan “Facebook”da bildirib ki, ölkədə daha iki nəfər koronavirusdan ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 16 nəfərə çatıb.

Onun sözlərinə görə, Ermənistanda son sutka ərzində daha 28 nəfər koronavirusa yoluxub ki, bununla da ölkədə xəstəliyə yoluxanların sayı 1067 nəfərə yüksəlib.

N. Paşinyan qeyd edib ki, 54 nəfər koronavirusdan sağalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu