Bakıda 2 bacının FACİƏLİ ÖLÜMÜ
Bakıda iki nəfər dəm qazından boğulub.
Hadisə Xətai rayonu, Gəncə prospekti ev 34, mənzil 4-də baş verib.
Həmin ünvanda kirayəşin kimi yaşayan, Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərləniblər. Mənzildə onların meyitləri aşkar edilib.
Məlumata görə, hər iki qız Bakıda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.
Faktla bağlı araşdırma aparılır. (trend)