İcra başçısı bacanağını özünə köməkçi təyin etdi




Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan müavinə vəzifə verib.

AFN Unikal.org-a istinadən xəbər verir ki, İlqar Abbasovun əmri ilə Yolçiyev Etibar Səlim oğlu Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və İlqar Abbasov Suraxanı rayon icra Hakimiyyətinin başçısı olarkən müavini olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu