Şəmkirdə sürücü sükan arxasında infarkt keçirib öldü
Şəmkirdə sükan arxasında infarkt keçirən sürücü maşını ağaca çırpıb.
AFN APA-ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Rayon sakini, 1938-ci il təvəllüdlü Hüseynov Fərman Qələndər oğlu özünə məxsus “VASZ-2107” markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında infarkt keçirib. Nəticədə avtomobil ağaca çırpılıb.
Sürücünün ürəktutmadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.