Fransada 50 min səhiyyə işçisi etiraza qalxdı - VIDEO




Fransada həkimlər, tibb bacıları və xəstə baxıcıları kütləvi etiraz aksiyalarına start veriblər.



AFN xəbər verir ki, səhiyyə işçiləri üç ay sanitar böhrandan sonra hökumətin verdiyi vədləri yerinə yetirmədiyini bildiriblər.

Son məlumata görə, Fransanın 220 şəhərində 50 mindən çox səhiyyə işçisi etirazlara qoşulub. Aksiyalar zamanı kütləvi iğtişaşlar da müşahidə olunub. Belə ki, bir sıra avtomobillər etirazlar fonunda yandırılıb.

Yerli polis iğtişaş törədənlərə qarşı gözyaşardıcı qazdan istifadə edib, 26 nümayişçi saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu