Bakı ilə Təl-Əviv arasında birbaşa uçuş həyata keçiriləcək





İsrailin “Israir Airlines" aviaşirkəti Bakı ilə Təl-Əviv arasında birbaşa aviareys həyata keçirəcək.


“Report” İsrailin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, aviareys iyunun 24-də baş tutacaq.

Uçuş əsasən Azərbaycanda qalmış İsrail vətəndaşlarına istiqamətlənib.

Xatırladaq ki, İsrail hava yollarını xarici ölkə vətəndaşları üçün sərhədləri avqustun 1-dən açacaq. Azərbaycanın hava limanları müntəzəm uçuşlar üçün avqustun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu