Dünya Çempionatının ilk həftəsində 7000-dən çox mülki uçuş həyata keçirilib


Qətər Mülki Aviasiya İdarəsi 2022 FIFA Dünya Çempionatının ilk həftəsində ölkənin hava limanlarında 7000-dən çox uçuş həyata keçirildiyini bildirib.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, Mülki Aviasiya İdarəsi açıqlamasında Dünya Kuboku matçlarının başlaması ilə əlaqədar Beynəlxalq Doha Hava Limanı və Beynəlxalq Hamed Hava Limanında böyük sıxlığın müşahidə edildiyini bildirib.

Açıqlamada Körfəzdəki qonşu ölkələrdən Qətərə uçuşların artması ilə yanaşı, ərəb və xarici hava yolu şirkətlərinin futbolsevərləri bir araya gətirmək üçün müxtəlif əlavə uçuşlar təşkil etdiyi də xüsusi vurğulanıb. Həmçinin bildirilir ki, Cənubi Amerika və Afrika ilə yanaşı bir çox Avropa ölkəsinin hava yolu şirkətləri Qətərə müntəzəm çarter reyslərinə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu