Otum da yansın, evim də, təki əsgərlərimiz sağ olsun! - Ölümdən dönən Vahidli sakini/VİDEO+FOTOLAR




Dünən Tovuz rayonunda düşmənin növbəti təxribatı zamanı rayonun Vahidli kəndinin sakini Məmmədov Arif Əli oğlu ölümdən dönüb. Belə ki, AFN-in məlumatına görə, kənd sakininin həyətinə düşən mərmi az qala onun həyatına son qoyacaqmış.



Hadisə yerində olan əməkdaşımıza bu barədə açıqlama verən A.Məmmədovun sözlərinə görə, onun mal tövləsinin yaxınlığında partlayan mərmi heyvanları üçün qış tədarükü etdiyi ot tayasını yandırıb. Kənd sakini eyni zamanda bildirib ki, onun evinin yaxınlığında hər hansı hərbi hissə, hərbi texnika yoxdur: "Ermənilər yalançı təbliğat aparırlar ki, guya bizim kəndlərdə hərbi obyektlər var, ona görə bombalayırlar, gördüyünüz kimi, burada hamısı yaşayış evləridir, yaxınlıqda heç bir hərbi obyekt yoxdur".













AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu