Gəncədə dağıntılar altında qalan iki uşağın meyiti çıxarıldı - YENİLƏNİB+VİDEO
Gəncədə dağıntılar altında qalan iki uşağın cəsədi çıxarılıb.
Bu barədə AzTV-nin Gəncədə olan müxbiri məlumat verib.
Bununla da Ermənistan terroruna məruz qalaraq dağılan binanın ərazisində axtarış-xilasetmə işləri yekunlaşıb.
***
Xəbər verdiyimiz kimi, Ermənistan tərəfindən ötən gecə Gəncəyə atılan raket zərbəsi mülki şəxslərin ölümünə və yaralanmasına səbəb olub.
Gəncədə hələ də iki uşaq itkin hesab edilir. Dəhşətli hadisə nəticəsində dağıntılar altında qalan uşaqların axtarışı davam etdirilir, onların tapılması ilə bağlı müvafiq işlər görülür.
Bununla bağlı AzTV Gəncədə axtarış aparılan yerdən reportaj yayımlanıb.
Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb.