Xocalı soyqırımının ən fəal iştirakçısı olan erməni polkovnik vuruldu


"Aramo" adlı terror taborunun komandiri polkovnik Aram Torqomyan Dağlıq Qarabağda gedən döyüşlərdə ağır yaralanıb.

AFN baku.ws-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

Ermənilər Xocalı qətliamının ən aktiv iştirakçısının ağır yaralanmasını və tezliklə sağalması üçün dua etdiklərini bildiriblər.

Məlumat üçün bildirək ki, 1992-ci il fevralın 17-də Ermənistanın hərbi birləşmələri, eyni zamanda, xarici ölkələrdə xüsusi təlim keçmiş erməni terror və quldur birləşmələri "Arabo” və "Aramo” hər tərəfdən mühasirəyə alınmış Xocavənd rayonunun Qaradağlı kəndinə hücum ediblər. "Arabo” və "Aramo” terrorçuları dinc sakinləri, o cümlədən qadınlar da olmaqla, 38 nəfər əsir-girovu kəndin kənarında qətlə yetirərək xəndəyə töküblər. Öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin sözlərinə əsasən şəhər "strateji məqsəd idi, lakin bu həm də qisas aktı olmuşdur”. Müəllif "Arabo” və "Aramo” adlı iki erməni dəstəsinin silahlılarının rolunu xüsusilə vurğulayır və onların Xocalının dinc sakinlərini nə cür qəddarcasına öldürdüklərini təfərrüatlı təsvir edir.

Qeyd edək ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları zamanı düşmən tərəfindən xeyli sayda yüksəkrütbəli hərbçilər məhv edilib. Qondarma rejiminin "müdafiə naziri" və digər generalların məhv edilməsi bunun bariz nümunəsidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu