Türkiyənin məşhur universitetinin azərbaycanlı keçmiş rektoru vəfat edib
![](https://static.report.az/photo/f89ff360-3124-3383-ab0f-7fd750df4105_850.jpg)
“Report”un məlumatına görə, o, 91 yaşında ürəktutmasından dünyasını dəyişib.
N.Saryal Türkiyənin məşhur Orta Şərq Texniki Universitetinin (ODTÜ) rektoru olub.
Qeyd edək ki, N.Saryal 1929-cu ildə Gəncə şəhərində anadan olub. Atası Azərbaycanın tanınmış mühəndislərindən və cümhuriyyət tələbələrindən olan Mir İsmayıl Seyidzadədir. Anası isə alman Elena Hoffmanndır. Anası Elena 1935-ci ildə İslamı qəbul edərək adını Leyla olaraq dəyişdirib. Ailə 1931-ci ildə Türkiyə Respublikası vətəndaşlığına keçərkən Saryal soyadını qəbul edib.